Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 24-də keçirilib

25 sentyabr 2024 | 15:36

Rəsul Rza küçəsindəki 23 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə Rəsul Rza, M.Maqomayev, Ü.Hacıbəyov, İ.islamzadə küçələrindəki çoxmənzilli yaşayış binalarının və fərdi evlərin sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən təmir və abadlıq-quruculuq işlərindən danışdı.

Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən söz açdılar. Bəzi binlarda kanalizasiya sisteminin bərbad vəziyyəti, zirzəmilərin çirkab su ilə dolu olmasının sağlamlıq üçün zərərliliyi xüsusilə vurğulandı. Ərazidə oturacaqların və kölgəliklərin azlığı, uşaqlar üçün futbol meydanının yaradılması, işıqlanma nöqtələrinin artırılması kimi təkliflərlə yanaşı M.Maqomayev küçəsində bəzi dayanacaq yerlərində avtodayanacaqların qoyulmasına ehtiyac duyulduğu diqqətə çatdırıldı.

Sakinlərin qaldırdıqları problemlərə münasibət bildirən icra başçısı İlham İsmayılov idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verərək vətəndaşları narahat edən problemlərin həllinə məsuliyyətlə yanaşmağı tapşırdı.

Keçidlər