Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 23-də Şəhriyar küçəsində oldu.

24 sentyabr 2022 | 17:32

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 23-də Şəhriyar küçəsində oldu. Görüşə şəhərin müxtəlif küçələrindən gələn sakinləri, idarə, müəssisə və təşkilat rəhbərlərini salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu görüşlərin dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən keçirildiyini bildirdi. Qeyd olundu ki, əsas məqsəd vətəndaşların qarşılaşdıqları problemlərin öyrənilməsi və həll edilməsidir. Şəhər rəhbəri bildirdi ki, artıq 19 ilə yaxındır ki, prezidentimizin imzaladığı Dövlət Proqramına uyğun olaraq ölkəmizin hər yerində, o cümlədən Mingəçevir şəhərində sosial-iqtisadi inkişaf proqramları, müasir layihələr həyata keçirilir. Ötən illər ərzində Mingəçevir şəhərində görülən işlər hər bir şəhər sakininin ürəyincədir. Yolların genişləndirilərək asfaltlanması, işıqlanma sisteminin müasirləşdirilməsi, küçələrdə piyada keçidlərinin salınması, bordürlərin qoyulması, istirahət məskənlərinin, parkların salınması, yaşıllıq zolaqlarının genişlənməsi və bu kimi işlərin reallaşması Mingəçevirin görkəmini daha da gözəlləşdirir. Bununla yanaşı yeni xidmət sahələrinin yaradılması, təhsil və tərbiyə ocaqlarının yenidən tikilməsi və əsaslı təmir edilməsi ürəkaçan hadisələrdəndir. Biz şəhərimizin gözəlləşməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması, mənalı istirahəti üçün lazım olan bütün işləri yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bu işlər çərçivəsində məhəllələrin abadlaşdırılması, nümunəvi məhəllələrin yaradılması diqqətə çəkilir. Belə ki, məhəllələrdə oturacaqlar və söhbətgahlar qoyulur, yaşıllıq zolaqları genişlənir, yaşayış binalarının fasadları rənglənir, ümumi istifadə sahələri- bloklar təmir edilir, pəncərə çərçivələri və giriş qapıları qoyulur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü tam olaraq müasir formada yenidən qurulması başa çatıb. Qaz, su, işıq problemi tam həll olunub, kanalizasiya sisteminin yenidən qurulması işləri davam edir, küçə və məhəllələrdə yaşıllıq zolaqlarının suvarılması üşün daxili imkanlar hsabına texniki su xətti çəkilir. Şəhər rəhbəri çıxışında azad olunan torpaqlarımızda həyata keçirilən möhtəşəm tikinti işlərindən, dövlətimizin möhtəşəm zəfərindən danışaraq vurğuladı ki, müstəqil dövlətimizin iqtisadi inkişafı bundan sonra da yüksələn xətlə irələləyəcək, prezidentimizin xarici siyasət sahəsində qazandığı nüfuz bunu deməyə əsas verir. Sonra sakinlər çıxış etdilər. Görüşün keiçirilməsindən məmnun qalan sakinlər arzu və təkliflərini, problemlərini dilə gətirdilər. Sakinlərdən şəhid anası Nabat Əliyeva, Hənifə Hidayətova, Zümrüd Ağamirova çıxış etdilər. Kanalizasiya problemi, zirzəmilərin antisanitar vəziyyət yaratması, küçədə rastlaşdıqları çətinliklər barədə danışıldılar. Şəhərimizdə aparılan tikinti-quruculuq işləri təqdir edildi. Sonda şəhər rəhbəri sakinlərin qaldırqları problemlərin həlli üçün işlərin görüləcəyini bəyan etməklə müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər