Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 12-də keçirilib

13 sentyabr 2024 | 13:37

İsmət Qayıbov küçəsindəki 4 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə İ.Qayıbov, H.Əliyev, Vaqif küçələri və şəhərin digər ərazilərindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ölkə Prezidenti İlham Əliyevin birbaşa nəzarəti ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açdı. Qeyd olundu ki, şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq ilin əvvəlindən Mingəçevirdə başlanan əsaslı təmir, abadlıq və quruculuq işləri sürətlənir. Yaşayış massivlərində, istirahət məskənlərində, küçə və məhəllələrdə reallaşan abadlıq işləri sakinlərin razılığı ilə qarşılanır. İlin sonuna qədər şəhərin sağ və sol sahillərində, energetiklər yaşayış massivində 61 yaşayış binasında əsaslı təmir işləri həyata keçiriləcəyini bildirən şəhər rəhbəri 6 nümunəvi məhəllənin yaradılacağını, 30-dan artıq küçə və dalanda asfaltlanma işlərinin aparılacağını, 400-dən çox sahədə işıqlanma nöqtələrinin quraşdırılacağını qeyd edib. İşsizliyin aradan qaldırılması məqsədi ilə sahibkar layihələrinə dəstək durulduğu, eyni zamanda Azərbaycan İES-də yeni stansiyanın tikintisinin böyük hissəsinin başa çatdığını vurğulayan şəhər rəhbəri bu layihələrin yeni iş yerlərinin açılmasına imkan yaradacağını bildirdi.

Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını ifadə edərək qarşılaşdıqları problemlərdən bəhs etdilər. Bəzi binaların zirzəmilərində mövcud olan antisanitar vəziyyətin yaratdığı narahatlıqlar diqqətə çatdırıldı. Oturacaqların azlığı, kölgəliklərin olmaması, ərazidəki asfalt örtüyündə çuxurların olması, binaların ümumi istifadə sahəsində olan problemlər, əsaslı təmirinin vacibliyi bildirildi.

Sakinlərin qaldırdıqları problemlərə münasibətini bildirən İlham İsmayılov aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verərək vətəndaşları narahat edən problemlərin həllinin nəzarətə götürüldüyünü, yaxın vaxtda nəticələrin əldə olunacağını bildirdi.

Keçidlər