Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oldu
30 iyun 2022 | 12:12
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 20 Yanvar küçəsi 39, 41, Dilarə Əliyeva küçəsi 20, 20/1, 20/2, 22 nömrəli binaların qarşısındakı ərazidə baş tutdu. Görüşə eyni zamanda şəhərin digər küçə və məhəllərindəki binalarda yaşayan sakinlər də gəlmişdilər. Əvvəlcədən qeyd edək ki, bu ərazilər səliqə sahmanı, abadlıq quruculuğu ilə diqqəti cəlb edirdi. Buna baxmayaraq problemlər də özünü göstərirdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra ölkədə və Mingəçevirdə aparılan quruculuq işləri barədə məlumatla çıxış etdi. Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə sakinlərlə mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyətindən danışdı.Görüşdə icra aparatının məsul şəxsləri, şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak edirlər. Görüşdə sakinlərdən Əvəz Məmmədov, Kəmalə Məmmədova, İsmayıl Salamov, Təhməz Aşurəlıyev, Fariz Nuriyev, Sahib Hüseynov və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda problemlərini dilə gətirdilər. Xüsusilə işıqlanma zəif olmasını, istilik sisteminin olmamasını, binalarda elektrik xərtlərinin nasazlığı ucbatəndan gərginliyin az olmasını, ətraf ərazilıərdə oturacaqların və söhbətgahların azlığını nəzərə çatdırdılar. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə diqqətlə dinlədi. İdarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Xüsusilə vurğuladı ki, hər bir çatışmazlıq nəzarətə görürülərək ardıcıl olaraq həllini tapacaq.