Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabrın 9-da Sağ sahil yaşayış massivindəki 11 nömrəli tam orta məktəbin akt zalında keçirilib.

10 oktyabr 2025 | 09:17

Görüşdə İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, yaşayış massivindəki müxtəlif küçələrdən gələn sakinlər; bələdiyyənin, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən səyyar görüşlərin əhəmiyyətindən danışıb. Vətəndaşların rifah halının yaxşılaşdırılması, istirahətinin mənalı keçməsi , problemlərinin vaxtında həll olunması üçün həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, İcra Hakimiyyətinin tədbirlər planına əsasən şəhərin hər bir ərazisində, o cümlədən sağ sahil yaşayış massivində həyata keçirilən abadlıq quruculuq və əsaslı təmir işləri davam etdirilir. Layihələr çərçivəsində yaşayış binalarının ümumi istifadə sahələri əsaslı təmir olunur, nümunəvi məhəllələr yaradılır, işıqlanma sistemi yenidən qurulur, yeni işıq nöqtələri yaradıllr, asfaltlanma və digər işlər icra olunur. Yeni iş yerlərinin yaradılmasının diqqət mərkəzində olduğu da bildirilib. Çıxış edən sakinlər şəhərdə aparılan abadlıq işlərinə, Mingəçevirin günbəgün gözəlləşməsinə, diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Problemlər diqqətə çatdırılıb. Hündür ağacların budanması, sahibsiz itlərin təhlükə yaratdığı, binaların qarşısında oturacaq və kölgəliyin qoyulması, işsizlik, bəzi sürücülırin ərazidəki şosse yollarında sürət həddini aşması barədə müraciətlər edilib. Müraciətlərlə bağlı aidiyyəti müəssisələrin rəhbərlərinin açıqlamaları dinlənilib. Görüşdə şəhər polis şöbəsinin rəisi iştirakçılara müraciət edərək son zamanlar dələduzluq hallarının çoxalması barədə danışaraq onların sosial şəbəkə, əsasən də votsap vasitəsi ilə zənglər edərək kartlardan vəsaiti ələ keçirdiklərini bildirib, hər bir şəhər sakinini diqqətli olmağa çağırıb. Belə hal ilə qarşılaşarkən 102 qaynar xətt nömrəsinə zəng edərək məlumat verməyi tövsiyyə edib. Görüşün sonunda İcra başçısı İlham İsmayılov sakinlərin müraciətlərinə, müvafiq müəssisələrin rəhbərlərinin məlumatlarına münasibət bildirərək tapşırıqlarını verib. Qısa müddət ərzində vətəndaşın iştirakı ilə problemlə tanışllq etməklə həllinə nail olmağı və məlumat verməyi tapşırıb.

Keçidlər