Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 24-də 14 nömrəli tam orta məktəbin akt zalında keçirilib

24 oktyabr 2024 | 11:24

A.Məmmədov, Ş.İ.Xətai küçələrinin sakinlərinin iştirak etdiyi görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin rəhbəriyi ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən tikinti-təmir, abadlıq-quruculuq işlərinin vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirdi. Qeyd olundu ki, cari ilin əvvəlindən başlanan əsaslı təmir işləri uğurla davam etdirilir. Məhəllələr abadlaşır, küçə və dalanlarda asfaltlanma işləri aparılır, yeni işıq nöqtələri yaradılır və s. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyasında şəhərimizin bütün idarə və müəssislərinin kollektivləri iştirak edir, yaşıllıq zolaqlarında minlərlə həmişəyaşıl ağac tingləri və dekorativ gül kolları əkilir. Vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədi ilə sahibkar layihələrinə üstünlük verildiyi də qeyd olundu. Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə minnətdarlıqlarını bildirdilər, qarşılaşdıqları problemlərdən danışdılar. Əsasən ağacların budanması, yağışlı günlərdə bəzi ərazilərdə gölməçələrin yarandığı, işsizlik problemi diqqətə çatdırıldı, bəzi binalarda əsaslı təmirin aparılması barədə müraciət, oturacaqların qoyulması istəyi diqqətə çatdırıldı. Şəhərdə infrastruktir layihələrin uğurla icra olunduğunu deyən şəhər rəhbəri İlham İsmayılov səyyar görüşlərin əhəmiyyətini xüsusilə qeyd etdi, qaldırılan problemlər ilə bağlı açıqlama verən idarə və müəssisə rəhbərlərinə tapşırdı ki, vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşılmalı, əe bir problemin həlli diqqət mərkəzində olmalıdır. Bu ölkə Prezienti cənab İlham Əliyevin tapşırığıdır.

Keçidlər