Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 17-də keçirildi.

18 oktyabr 2024 | 12:51

11 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri eyni zamanda Təbriz, Y.Muradov, Z.Həsənova, Məhsəti küçələrinin sakinləri iştirak ediblər.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək şəhər ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.

Səyyar qəbulda çıxış edən şəhər sakinləri çoxmənzilli yaşayış binasında dam örtütüyün, su novlarının, tüstü bacalarının təmiri, binaların həyətinə suvarma xəttinin çəkilməsi, sahibsiz itlərin zərərsizləşdirilməsi, kanalizasiya xəttlərinin yeni çəkilmiş sistemə qoşulması, işıqlanma nöqtələrinin quraşdırılması, təhlükəli avtobus, marşurut idarə edən sürücülər üçün tədbir görülməsini kimi məsələləri şəhər rəhbərinin nəzərinə çatdırdılar.

Vətəndaşların irad və təkliflərini diqqətlə dinləyən İlham İsmayılov İcra Hakimyyətinin səlahiyyətlərinə daxil olan məsələlərin həlli istiqmətində əlaqədar təşkilat rəhbərlərinə yerində müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Görüşün sonunda sakinlər Mingəçevirdə həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər