Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 4-də keçirildi.

04 noyabr 2022 | 14:12

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 4-də 11 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşdə iştirak edən idarə və təşkilat rəhbərlərini, İcra aparatının əməkdaşlarını, media nümayəndələrini, sakinləri salamlayan şəhər rəhbəri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində həyata keçirilən quruculuq işlərindən, əsaslı təmir layihələrindən danışaraq bu işlərin davam etdiriləcəyini bildirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, tapşırıq və nəzarəti ilə 44 günlük Vətən müharibəsində azad olunan ərazilərdə tikinti quruculuq işlərinin, müasir infrastruktur layihələrin uğurla davam etdirildiyini bildirən şəhər rəhbəri Zəfər Bayramı ərəfəsində keçirilən görüş iştirakçılarını tarixi bayram münasibəti ilə təbrik edərək xalqımıza əmin amanlıq arzuladı, dövlətimizin inkaşafı yolunda Prezidentimizin ətrafında sıx birləşməyə çağırdı. Qeyd etdi ki, şəhərimizdə yaşıllıq zolaqlarının genişləndirilməsi, parkların, istirahət zonalarının salınması, küçə və məhəllələrdə abadlıq işlərinin aparılması, nümunəvi məhəllələrin, uşaq meydanlarının yaradılması, asfaltlanma layihələri, işıqlandırma sisteminin quraşdırılması, suvarma işləri, kanalizasiya xəttinin yenilənməsi və bu kimi digər işlərin hamısı dövlətimizin başçısının tapşırığına uyğun olaraq vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə aparılır. Sərbəst mikrafona yaxınlaşan sakinlər problem və çətinliklərindın söz açdılar. Sakinlərdən Məmməd Məmmədov, Şahin Şirnov, Şəlalə Mirzəliyeva, Mövsüm Kərimov, Elşən Səfərov, Baxşəli Sadıqov, Hüseyn Abdullayev və başqaları çıxış edərək qarşılaşdıqları problemlər haqqında söhbət açdılar. Xüsusilə qeyd etdilər ki, yaşadıqları binaların zirzəlmiləri kanalizasiya çirkabları ilə dolu olur, ərazidə deziknfeksiya işlərinə ehtiyac var. Bəzi bilnaların ətrafında yollar bərbad haldadır, dalanlara işıqlandırmanın çəkilməsinə tələbat böyükdür. Bir sıra binaların əsaslı təmirinə ehtiyac duyulur. Çıxışlardan sonra icra başçısı İlham İsmayılov aidiyyəti idarə və təşkilat rəhbərlərinə tapşırıqlarını verərək sakinləri əmin etdi ki, qaldırılan hər bir problem diqqət mərkəzində saxlanılacaq, onların həllinə nail olmaq üçün bütün tədbirlər görüləcəkdir.

Keçidlər