Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 21-də keçirildi.

22 noyabr 2024 | 11:07

17 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə, müəssisələrin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, Aydın Məmmədov, Nəsimi, Ş.İ.Xətai, Qaçaq Nəbi, T.Qurbanov küçələrinin sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən abadlıq-quruculuq və tikinti işləri çərçivəsində Mingəçevir şəhərində də əsaslı təmir işlərinin uğurla icra olunduğunu bildirdi. Bu işlərin vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını deyən şəhər rəhbəri kommunal xidmət sahələrində infrastruktur layihələrinin uğurla başa çatdığını qeyd etdi. Yaşayış binalarının əsaslı təmiri, nümunəvi məhəllələrin yaradılması, idman meydanlarının hazırlanması işlərinin davam etdirildiyini bildirərək küçə və dalanlarda asfaltlanma işlərinin və işıq nöqtələrinin yaradılmasına hazırlıq işləri aparıldığını vurğuladı. Yeni iş yerlərinin açılması məsələsinə diqqətin artırıldığı, həyata keçirilən tikinti işləri sayəsində yeni iş yerlərinin açılacağını da dedi.

Çıxış edən sakinlər şəhərdə aparılan təmir-bərpa işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər, problemlərdən danışdılar. Bəzi ərazilərin vaxtında süpürülməməsi, qurumuş ağacların budanması və suvarılması sahəsində çətinlik, oturacaq və kölgəliyin olmaması, işıqlanmanın zəifliyi, kanalizasiya sistemi sahəsində problem, binaların qarşısında yağışlı günlərdə gölməçələrin yaranması, sahibsiz itlərin təhlükəli vəziyyət yaratması kimi müraciətlər səsləndirildi.

Şəhər rəhbəri İlham İsmayılov bildirilən problemlərin həlli ilə bağlı idarə və müəssisə rəhbərlərinin məlumatlarına istinad edərək vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmağı, problemlərə ciddi yanaşmaqla həll etməyi tapşırdı

Keçidlər