Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü noyabr ayının 14-də keçirilib

15 noyabr 2024 | 12:27

7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, Həzi Aslanov, İsmət Qayıbov, Dilarə Əliyeva küçələrinin sakinləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlətimizin başçısı İlham Əliyevin tapşırıqları ilə ölkənin bütün bölgələrində həyata keçirilən abadlıq-quruculuq və tikinti işlərinin genişləndiyindən danışaraq bu işlərin Mingəçevir şəhərində də uğurla icra olunduğunu bildirdi. Qeyd olundu ki, bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə reallaşır. Mingəçevirdə kommunal xidmət sahələrində infrastruktur layihələrin uğurla icra olunduğunu bildirən şəhər rəhbəri cari ilin əvvəlindən başlanan abadlıq işlərinin sürətləndiyini vurğuladı.

Çıxış edən sakinlər quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər, qarşılaşdıqları problemlərdən danışdılar. Bəzi binalarda çirkab sularn zirzəmilərə töküldüyü, ağacların budanmasının zəruriliyi, ərazilərin vaxtaşırı süpürülmədiyi, dezinfeksiya işlərinin aparılması, ümumi istifadə sahələrinin təmiri kimi məsələlər diqqətə çatdırıldı.

İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərin həlli ilə bağlı idarə və müəssisə rəhbərlərinin məlumatlarını dinlədi və vətəndaşların müraciətlərinə məsuliyyətlə yanaşmağı, problemləri qısa müddət ərzində həll etməyi tapşırdı.

Keçidlər