Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 3-də keçirildi.
04 may 2024 | 11:55
16 nömrəli orta məktəbin akt zalında keçirilən görüşdə şəhərin Şəfa, Gülşən bağ massivləri, Xətai, Z.Həsənova, Q.Nəbi küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndiyindən, Mingəçevirdə də geniş quruculuq işlərinin davam etdiyindın danışdı. Görüşdə iştirak edən sakinlər çıxış edərək şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərinə, vətəndaşlar üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Mövcud problemlərdən söz açdılar. Su-kanalizasiya sistemindəki nasazlıqlar, çoxmənzilli yaşayış binalarının təmiri, məhəllələrin abadlaşdırılması, parklarda təmizliyə riayət edilməsi və bir neçə problemlər qeyd olundu.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərlə bağlı aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.