Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 26-da Mİngəçevir kəndi yaşayış massivində oldu.
26 may 2022 | 17:19
Şəhərin idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, yaşayış massivi sakinlərinin, KİV təmsilçilərinin iştirak etdiyi görüşdə maraqlı təkliflər irəli sürüldü. Əvvəlcədən qeyd edək ki, görüşə yaşayış massivi ərazisində məskunlaşan sakinlərin marağı böyük idi. Son zamanlar burada bir sıra abadlıq quruculuq işləri görülsə də illərlə yığılıb qalmış köklü probemlər də öz həllini gözləyirdi. Bu baxımdan sakinlərin şəhər rəhbərliyi ilə görüşü aktuallıq kəsb edirdi. Görüşü giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və Mingəçevirdə aparılan tədbirlər haqqında sakinlərə məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük quruculuq işləri həyata keçirilir. 44 günıük zəfər döyüşündən sonra Qarabağda bir sıra beynəlxalq tədbirlərin həyata keçirilməsi, burada abadlıq işlərinin geniş vüsət alması əyani şəkildə göstərir ki, bu bölgəmizdə həyat yenidən canlanır, insanların yaşayış tərzi yaxşılığa doğru gedir. Yaxın vaxtlarda keçmiş köçkünlərimizin bu bölgələrə qayıtması reallaşır. Buna müvafiq olaraq Mingəçevir şəhərində, eləcə də Mingəçevir kəndi yaşayış massivində böyük işlər həyata keçirilir və keçirilməsi nəzərdə tutulur. Hazırda şəhər sakinlərinin arzu və istəyi nəzərə alınmaqla su-kanalizasiya xətlərinin yenilənməsi uğurla davam edir. Yaxın vaxtlarda bu istuqamətdə kənd yaşayış masisində işlər həyata keçiriləcək. Şəhər rəhbəri sakinlərlə keçirilən belə görüşlərin artq mütəmadi hal aldığını dilə gətirdi və bu sahədə irəliləyişlərin mövcudluğunun büruzə verildiyini qeyd etdi. Görüşdə sakinlərdən Etibar Əhmədov, İbrahim İlyasov, Azadə Ramazanova, İmran Yolçuyev, Müseyib Mustafayev, Mübariz Əhmədov, Mətanət Bayramova, Vəfa Bayramova, Firdovsi Mustafayev və bir çox başqaları çıxış edərək belə səyyar görüşlərin keçirilməsini alqışladılar və onlara göstərilən bu diqqət qayğıya görə ölkə rəhbərinə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Qaldırılan problemlər əsasən kanalizasiya sisteminin olmaması, işsizlik, kənddə suvarma sularına ehtiyacın olması, işıqlanmanın zəifliyi, 18 nömrəli uşaq bağçasının təmirə ehtiyacı, uşaqlar üçün əyləncə meydanlarının olmaması ətrafında idi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qaldırılan problemlərin həlli üçün zəruril olan işlərin görüləcəyini bildirdi və aidiyyəti idarə və təşkilat rəhbərlərinə, icra hakimiyyətinin nümayəndələrinə tapşırıqlarını verdi.