Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü may ayının 1-də keçirilib
02 may 2025 | 11:44
3 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə məktəbə yaxın olan çoxmənzilli yaşayış binalarından və fərdi evlərdən gələn sakinlər, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.
Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Bəzi ərazilərdə asfalt örtüyünün bərbad vəziyyətdə olması, işlqlanma xəttinin təhlükə yaratması, oturacaqların və kölgəliklərin qoyulması, yaşıllıqların suvarılması üçün su xəttinin çəkilməsi, kanalizasiya sisteminin çəkilişi zamanı yaranan daşıyıcı xəttin uyğunsuzluğu, sahibsiz itlərin təhlükə yaratması və digər məsələlərlə bağlı müraciətlər olunub.
Şəhər rəhbəri İlham İsmayılov sakinlərin qaldırdıqları məsələlərlə bağlı aydınlıq gətirən müəssisə rəhbərlərinə tapşırıqlarını verərək vətəndaşın iştirakı ilə problemlərlə tanışlığı və həllinə ciddi yanaşmağı tövsiyə edib.