Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü martın 7-də keçirildi.

08 mart 2024 | 14:22

8 nömrəli orta məktəbin akt zalında keçirilən görüşdə energetiklər yaşayış massivindəki binaların sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işlərinin davam etdiyindən danışdı. Qeyd olundu ki, ilin əvvəlində İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına müvafiq olaraq şəhərimizin sağ və sol sahillərində, yaşayış massivlərində təmir tikinti işləri, parklarda və istirahət məskənlərində quruculuq işləri aparılacaq, nümunəvi məhəllələr, uşaq meydançaları yaradılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaqdır. Bir sözlə, vətəndaşların rahatlığı üçün lazım olan hər cür şərait yaradılacaqdır.

Görüşdə iştirak edən sakinlər ərazilərdə işıqlanmanın zəifliyi, kanalizasiya sisteminin çəkilişindəki yarımçıq vəziyyət, bəzi sahələrdə asfaltın bərbad halda olması, binalarda pəncərə çərçivələrinin və giriş qapılarının olmaması, avtobus dayanacağı yaxınlığında taksilərin və şəxsi avtomobillərin dayanaraq sıxlıq yaratması diqqətə çatdırıldı.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan hər bir problemə münasibətini bildirərək aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Bildirdi ki, sakinləri narahat edən bütün problemlərin həlli diqqət mərkəzində saxlanılmaqla həllini tapacaqdır.

Keçidlər