Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü martın 1-də keçirildi

01 mart 2024 | 16:51

14 nömrəli orta məktəbin akt zalında keçirilən görüşdə şəhərin Xətai, A.Məmmədov, Nizami, N.Nərimanov, H. Əliyev küçələrindəki yaşayış binalarının sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndiyindən, Mingəçevirdə də geniş quruculuq işlərinin davam etdiyindın danışdı. Qeyd olundu ki, hər il olduğu kimi cari ildə də şəhərimizin sağ və sol sahillərində, yaşayış massivlərində təmir tikinti işləri aparılacaq, parklarda və istirahət məskənlərində yeniliklər yaradılacaq, yaşıllıq zolaqları genişlənəcək, dekorativ güllər və ağac tingləri əkiləcəkdir. Yeni nümunəvi məhəllələr, uşaq meydançaları yaradılacaq, vətəndaşların istirahəti üçün söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaq, işıqlanma nöqtələrinə əlavələr ediləcəkdir. Sakinlərin təkliflərinə uyğun olaraq Nərimanov küçəsində oturacaq və zibil qabları qoyulubdur və bu yenilik digər küçələrdə də tətbiq olunacaq. Bütün bunlar sizlərin rahatlığı üçündür və səyyar görüşlərdə qaldırdığınız hər bir problemin həllinə vaxtında nail olmağa çalışırıq.

Sakinlər çıxış edərək şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə, insanlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Bildirildi ki, qaz və işıq problemi həllini tapıb, bəzi zirzəmilər təmizlənib, zibillər vaxtında aparılır. Lakin problemlər də var. Bəzi binaların qarşısında söhbətgah yoxdur, oturacaqlar azdır, ağaclar budanlamalıdır, işıqlanma sahəsində zəiflik var, Maqomayev küçəsində avtobus dayanacağı yoxdur, dam örtüyü düzgün vurulmayıb, yağış suları aşağı mərtəbələrdəki evlərə axır, oturacaqların taxtaları sındırılır, kölgəliklər yandırılır və s.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərlə bağlı aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər