Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü mart ayının 2-də keçirildi.

02 mart 2023 | 15:09

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Mingəçevir Telekommunikasıya qovşağının foyesində oldu. Görüşdə şəhər Polis şöbəsinin rəisi Ədalət Əliyev də iştirak edirdi. Qeyd edək ki, görüşə əsasən telekommunikasiya qovğaşına yaxın olan ərazilərdə yaşayan sakinlər dəvətli idilər. Həmçinin görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı müvafiq Fərmanına əsasən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında olduğu kimi Mingəçevir şəhərində də həyata keçirilən tikinti-quruculuq işlərinin sürətləndiyindən danışdı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında qeyd etdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad olunan torpaqlarımızda başlanan tikinti-quruculuq işləri sürətlə davam edir. Keçmiş məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir, onların doğma ata yurduna qayıtması üçün böyük layihələr reallaşır. Mingəçevirdə respublikada aparılan abadlıq-quruculuq işlərinə uyğun olaraq tədbirlər görülür, şəhərin gözəlləşməsi üçün əməli işlər genişlənir. Şəhərimizin kanalizasiya, su xətləri, işıqlanma dirəkləri yenilənir, sakinlərin arzu və istəyinə uyğun olaraq nümunəvi məhəllələr yaradılır. Yeni parklar, istirahət məskənləri salınır. Məhəllələrdə uşaqların əylənməsi, gənclərin fiziki sağlamlığı üçün idman qurğuları quraşdırılır, yaşlı insanların səmərəli istirahəti üçün oturacaqlar, söhbətgahlar yaradılır. Bildiyimiz kimi dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən şəhərimizin yaşıllıq zolaqlarının genişləndirilməsi işi həyata keçirilir. Bu çərçivədə ilin əvvəlindən şəhərimizin müxtəlif küçə və məhəllələrində həmişəyaşıl ağac tingləri əkilir və bu aksiya davam etdiriləcəkdir. Qeyd etmək yerinə düşər ki, ötən il ərzində bu qəbildən olan işlər yüksək səviyyədə həyata keçirilmişdir. Şəhərimizdə abadlıq-quruculuq işlərinə həmişə böyük diqqət yetirilir. Ötən il təkcə 51 binada əsaslı təmir işləri həyata keçirilmiş, nümunəvi məhəllələr yaradılmışdır. Hazırda şəhərimizin 73, 74, 75-ci məhəllələrində abadlıq işləri sürətlə aparılır, yaxın günlərdə Texniki-rezin məmulatları zavodunun arxa hissəsindəki bağlar yaşayış massivində küçələrə asfaltın döşənməsi üçün işlər həyata keçiriləcək. Bir sözlə, şəhərimizdə quruculuq işləri axıra qədər davam etdiriləcək. Bütün bunlar sizinlə birgə əməli işlərimizin nəticəsidir. Bu cür səyyar görüşlərdə qaldırılan hər bir məsələ diqqət mərkəzində saxlanılır və onun həllinə nail olunur. Görüşdə şəhər sakinlərindən Arif Məmmədov, Tofiq Məmmədov, Nəcməddin Əhmədov, Ərşad Cəfərov, Validə Babayeva və başqaları çıxış edərək öz fikir və təkliflərini bildirdilər. Görülən səmərəli işlərə və onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, hazırda şəhərin və onların yaşadıqları binaların başlıca problemi kanalizasiya sisteminin qaydaya salınması işsizliyin aradan qaldırılmasıdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin çıxışlarını diqqətlə dinləyərək onların qaldırdıqları problemlərə həssaslıqla yanaşdı və bununla əlaqədar olaraq İcra Hakimiyyətinin məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər