Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü keçirildi

13 may 2022 | 08:53

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 14 nömrəli tam orta məktəbdə oldu. Görüşə məktəbə yaxın olan Şah İsmayıl Xətai, Aydın Məmmədov küçələrindəki yaşayış binalarında məskunlaşan sakinlər dəvətli idilər. Lakin görüşün aktuallığını nəzərə alan şəhərimizin digər məhəllə və yaşayış massivlərində yaşayan sakinlər də gəlmişdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkəmizdə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında qısa məlumat verdi. Qeyd etdi ki, hazırda respublikamızın mədəniyyət mərkəzi olan Şuşa şəhərində Xarıbülbül beynəlxalq festivalının keçirilməsi Azərbaycanın uğurlarındandır. Bu istiqamətdə 44 günlük müharibədən sonra demək olar ardıcıl tədbirlər keçirilir və bu Azərbaycanın uğurlarını büruzə verir. Hazırda azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işlərinin sürətlə aparılması burada görülən işlərin miqyasını bütün dünyaya göstərir. Buna müvafiq olaraq şəhərimizdədə bir sıra mühüm adımla atılır, sakinlərin istək və arzularına uyğun işlər həyata keçirilir. 14 nömrəli məktəbin yaxınlığında su kanalizasiya sisteminin yenidən qurulması, burada müvafiq təlimatlara uyğun müasir kanalizasiya qurğularının işə salınması daha böyük quruculuq işlərinin həyata keçirilməsini göstərir. Bütün bunlar şəhərimizin demək olar ki, bütün məhəllə və küçələrdə davamlı olacaq həyata keçiriləcək. Bu günkü görüşdə sizi dinləməklə işlərimizin ardıcıl aparılmasına təkan vermiş olacayıq. Görüşdə sakinlər qarşılaşdıqları bir çox problemlərdən söz açdılar. Onları narahat edən məsələlərə toxundular. İllərlə yığılıb qalmış problemlərin həllinə kömək istədilər. Şəhər sakinlərindən Nahidə Qarayeva, şəhid anası Zümrüd Qasımova, Maksim Mövlayev, Nəsibə Qurbanova, Nübar Məmmədova, Vaqif Abbasov, Mübariz Novruzov, Aybəniz Eyyubova, Roza İsmayılova, Əhmədxan Məmmədov, Sahib Əhmədov, Qiyafət Əhmədova, Kamil Süleymanov, Səmərqənd Süleymanova, Aydın Yusubov, Hüseyn Hüseynov, Səriyyə Əhmədova və başqaları qarşılaşdıqları problemlərdən söz açaraq icra hakimiyyəti başçısına müraciərt edilər. Qaldırılan məsələlər əsasən məhəllələrdə işıqlanma, istilik sistemlərinin olmaması, işsizlik, mənzil şəraitlərinin yaxşılaşdırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi, yollara asfalt çəkilişinin davam edirlməsi, ağacların sulanması və budanması, pensiya təminatının təmin olunmasına köməklik göstərilməsi, sosial yardımın alınmasına dəstək durulması kimi məsələlər idi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan bütün məsələləri diqqətlə dinləyərək, onlara həssaslıqla yanaşdı və görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə məsələlərin həlli məqsədi ilə konkret tapşırıqlar verdi. Bildirdi ki, qaldırılan bütün məsələlər yerindəcə araşdılıraq həllini tapacaq.

Keçidlər