Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyun ayının 6-da keçirilib

07 iyun 2024 | 15:31

8 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Energetiklər yaşayış massivindəki Fazil Əzimov, Naxçıvan, Yadigar Mənsurov, Cəmil Əliyev və s. küçələrin sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan yenidənqurma və quruculuq işlərindən bəhs edərəkbildirdi ki, Mingəçevirdə abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq ilin əvvəlindən şəhərimizin bütün ərazilərində, yaşayış massivlərində əsaslı təmir işlərinə başlanılmışdır. Parklarda, istirahət məskənlərində aparılan quruculuq işləri, nümunəvi məhəllələrin yaradılması, binaların əsaslı təmiri yüksək səviyyədə davam etdirilir. İl ərzində məhəllələrdəyeni uşaq meydançaları yaradılacaq, işıqlanma dirəkləri qoyulacaq, yaşıllıq zolaqları genişlənəcək, ağac tingləri və dekorativ gül kolları əkiləcək, söhbətgahlar hazırlanacaq, oturacaqlar qoyulacaqdır. Ölkə Prezidentinin tapşırığına əsasən şəhərimizdə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün gözəl şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Eyni zamanda işsizliyin aradan qaldırılması üçün sahibkarlara dəstək göstərilir. Qarşılaşdığınız problemlərin həllinə nail olmaq üçün səyyar görüşlərin keçirilməsi işlərimizə yardımçı olur.

Çıxış edən sakinlər bəzi binalarda zirzəmilərin su ilə dolu olması, kanalizasiya çəkilişindən sonra dağılmış asfalt örtüyünün bərpa olunmaması, küçələrin işıqlandırılması, kanalizasiya xəttlərinin yeni çəkilmiş sistemə qoşulmaması, çoxmənzilli yaşayış binalarının təmiri zamanı dam örtüyünün zədəlməsi və s problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Qaldırılan problemlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Bildirdi ki, sakinləri narahat edən bütün problemlərin həlli nəzarətə götürülməklə qısa vaxtda həllinə nail olunacaqdır.

Keçidlər