Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyun ayının 20-də keçirildi
21 iyun 2024 | 14:25
Bağlar yaşayış massivində yerləşən 20 nömrəli orta məktəbin həyətində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri və şəhər sakinləri iştirak edirdilər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Mingəçevir şəhərində aparılan tikinti-quruculuq işlərindən ətraflı söz açmışdır.
Səyyar qəbulda sakinlərin yaşadıqları ərazilərin dezinfeksiya olunması, zibil qablarının qoyulması, elektrik enerji ilə təminat sahəsində müyyən problemlərin olması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Çıxış edən sakinlər həyata keçirilən quruculuq işlərinə ğörə ölkə prezidentinə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıq etdilər. Xüsusən iyun ayının əvvəlində şəhərimizdə yağan leysan yağışlarının yaşayış massivində yaratdığı fəsadların aidiyyəti qurumlar tərəfindən vaxtında aradan qaldırıldığı diqqətə çatdırıldı.
Səyyar qəbulda, həmçinin sakinlər Qərbi Azərbaycana qayıdış yolunda yaradılan “Qərbi Azərbaycan TV” internet televiziyasına dəstək olmaq barədə məlumatlandırılıblar.