Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyun ayının 13-də keçirildi.
14 iyun 2024 | 15:39
7 nömrəli orta məktəbdə keçirilən qəbulda şəhər İcra Hakimiyyəti başçısı, polis şöbəsinin rəisi, aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də H.Əliyev, M.P.Vaqif, D.Əliyeva küçələrinin sakinləri iştirak ediblər.
Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Şəhər rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Mingəçevir şəhərində aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə sakinlərə ətraflı məlumat verib.
Görüşdə sakinlər tərəfindən müxtəlif müraciətlər səsləndirilmiş, müraciətlər əsasən işlə təmin olunma, kanalizasiya xəttinin təmiri, qurumuş ağacların təhlükə yaratması, binalırın həyətində oturacaqlar və kölgəliklərin olmaması kimi məsələləri əhatə edib.
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına şəhər rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Şəhər sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə başçısına və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.