Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyulun 8-də keçirildi

08 iyul 2022 | 10:07

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyulun 8-də 4 nömrəli Mənzil-istismar idarəsinin ərazisində yerləşən Heydər Əliyev prospektinin 70\1, 72, 76\1, Nizami küçəsi 12, 14 və digər yaşayış binalarının sakinləri ilə oldu. Qeyd edək ki, bu yaşayış binaları əsasən 1960-70-ci illərdə tikilib istifadəyə verilmişdir. Həm də əhalinin daha sıx yaşadıqları ərazilərdir. Buna baxmayaraq səliqə sahman, yaşıllıq, diqqəti cəlb edirdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə aparılan abadlıq quruculuq işlərindən bəhs etdi. 44 günlük zəfər tariximizdən sonra Qarabağ bölgəsində həyata keçirilən abadlıq işlərindən fərəh hissi ilə söz açdı. Bölgədə ən müasir standartlara cavab verən layihələrin uğurla həyata keçirildiyini önə çəkdi. Bununla yanaşı Mingəçevirdə durmadan davam edən abadlıq işlərini diqqətə çatdırdı. Cənab prezidentin tapşırıq və tövsiyələrinə əsasən sakinlərin istirahətlərinin təşkilinə, onların məmnunluq hissələrinin artırılmasına önəm verildiyini nəzərə çatdırdı. Bu işdə sakinlərərlə keçirilən səyyar görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonra sakinlərdən təqaüdçü müəllim Mİrzə Abbasov, Heydər Əliyev prospekti 70\1 nömrəli binanın sakini Şahlar Əsgərov, həmin prospektin 76\1 nömrəli binasında yaşayan Yeganə Mirzəyeva, 72 nömrəli binasının sakini Şölə Məmmədova, Nizami küçəsindəki 12 və 14 nömrəli binaların sakinləri Sevil Abdullayeva və Elmira Mirzəyeva çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyeva, şəhər icra hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Qarşılaşdıqları problemləri diqqətə çatdırdılar. Əsas problemin istilik sisteminin olmaması ilə bağladılar. Qış aylarında binalarda istiliyin olmamasının sakinləri çətin vəziyyətə saldığını qeyd etdilər. O, cümlədən aztəminatlı ailələrə dəstək durulmasına, işsizliyin aradan qaldırılmasına ehtiyac duyulğuğunu vurğuladılar. Yaşayış binalarında əsaslı təmirə başlanılması da vacib sayıldı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırllan bütün məsələləri diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi, məsələnin yerndəcə həll olunmasını tapşırdı. Yekun olaraq sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ nəzarətə götürüləcək və vaxtında həllini tapacaqdır.

Keçidlər