Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyul ayının 4-də keçirilib.

04 iyul 2024 | 12:19

M.Maqomayev küçəsi 77 saylı binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyəsinin sədri Ramiz Əliyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri və M.Maqomayev, Ü.Hacıbəyov, R.Rza küçələrinin sakinləri iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və bu portaldan istifadə etməklə, müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verib. Şəhər rəhbəri eyni zamanda vətəndaşları “Qərbi Azərbaycan TV” internet televiziyasını Youtube, Facebook, Twitter, İnstaqram, Tiktok sosial şəbəkə ünvanlarını davamlı izləməyə , efir məlumatlarını paylaşmaqla “Qərbi Azərbaycan TV” internet televiziyasına dəstək olmaqla onun tamaşaçısı olmağa dəvət edib.

İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklifvə şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən küçə və məhəllə daxili yolların təmiri, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, küçələrin işıqlandırılması, ağacların budanması və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb. Bəzi məsələlərin həlli Şəhər İcra Hakimiyyəti səlahiyyətləri xaricində olduğundan vətəndaşa hansı idarəyə müraciət etmək lazım olduğu barədə izahat verildi.

Keçidlər