Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyul ayının 24-də keçirilib.

25 iyul 2024 | 16:37

20 Yanvar küçəsindəki 9 saylı binanın qarşısında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, 20 Yanvar, Ü.Hacıbəyov və s. küçələrin sakinləri iştirak edirdilər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin bütün bölgələrində həyata keçirilən tikinti-quruculuq işlərindən söz açaraq qeyd etdi ki, 20 Yanvar 9 saylı bina sakinlərinin- şəhid ailələrinin üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, qazilərin istək və arzuları nəzərə alınmaqla növbədənkənar olaraq bu yaşayış binasının ümumi istifadə sahələrində əsaslı təmir işləri həyata keçirilmişdir. Bu qəbildən olan işlər ərazidə olan digər çoxmənzilli yaşayış binalarında da mərhələli şəkildə həyata keçiriləcəkdir.

Səyyar qəbulda sakinlərin yaşadıqları ərazilərə zibil qablarının qoyulması, kanalizasiya xətlərinin, çoxmənzilli yaşayış binalarının təmiri, sahibsiz itlərin zərərsizləşdirilməsi və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Sakinlərin söylədikləri problemlərə münasibət bildirən və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verən icra başçısı İlham İsmayılov vətəndaşları narahat edən problemlərin həllinin nəzarətə götürüldüyünü və tezliklə müsbət nəticələrin əldə olunacağını bildirdi.

Keçidlər