Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü iyul ayının 18-də keçirildi

19 iyul 2024 | 14:57

Naxçıvan küçəsindəki 46 saylı binanın qarşısında keçirilən görüşdə, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, idarə,müəssisələrin rəhbərləri ,ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, C .Əliyev, X.Nətavan və s. küçələrin sakinləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti quruculuq işlərindən söz açaraq qeyd etdi ki, Mingəçevirdə abadlıq-quruculuq işlərinin sahəsinin genişlənməsi sakinlərin rifah halının yaxşılaşmasına xidmət göstərir. İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq şəhərin bütün ərazilərində, yaşayış massivlərində əsaslı təmir, abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Şəhər rəhbəri insanların məşğulluğunun təmin edilməsi məqsədilə sahibkar layihələrinə dəstək göstərildiyini və yeni infrastruktur layihələrin reallaşdırıldığını da bildirdi.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Vətəndaşların müraciətləri əsasən, binaların qarşısına kölgəlik və oturacaqların qoyulması, avtomobillərin sürət həddinə nəzarət edilməsi, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və dalanların işıqlandırılması, işıq dirəklərinin sayının artırılması, dərman vasitələri ilə təminat və s. məsələlərlə bağlı olmuşdur.

Sakinlərin söylədikləri problemlərə münasibətini bildirən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verərək vətəndaşları narahat edən problemlərin həllinin nəzarətə götürüldüyünü və qısa vaxt ərzində həll olunacağını bildirdi.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər