Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabrın 2-də 9 nömrəli tam orta məktəbin akt zalında keçirildi.

02 dekabr 2022 | 14:25

Görüşə gələn sakinlərin əksəriyyətinin əhval-ruhiyyəsi yüksək olduğundan onların istək və arzularının yerinə yetirliməsinə əminlikləri böyük idi. Sakinləri salamladıqdan sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və Mingəçevir şəhərində həyata keçirilən yeniliklər barədə qısa məlumatla çıxış etdi: ”Hazırda ölkəmizin Qarabağ bölgəsində böyük quruculuq işləri həyata keçirilir, iqtisadi cəhətdən yeni-yeni layihələr tətbiq olunur. Artıq bu bölgəyə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunmaqdadır. Cənab Prezidentin ölkəmizin hər yerində abadlıq-quruculuq işlərinin canlanması üçün xüsusi tapşırıqları yerinə yetirilir. Bu baxımdan Prezident İlham Əliyevin Şəki, Oğuz rayonlarına səfəri də diqqəti cəlb edir. Yerlərdə işin təşkilinə nəzarət baxımından bu xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin tapşırığı eyni zamanda Mingəçevir şəhərində də uğurla yerinə yetirilir. Demək olar ki, şəhərimizin bütün ərazilərində quruculuq işləri tətbiq olunur. İlin əvvəlindən başlayaraq 50 yaşayış binasında əsaslı təmir işlərinin aparılması, bir sıra nümunəvi məhəllələrin yaradılması, buna müvafiq olaraq işıqlanma, su, kanalizasiya, qaz sistemlərinin müasir formaya salınması uğurla davam edir. Bunun nəticəsidir ki, bu gün Mİngəçevirdə əhalinin işığa, qaza, suya olan tələbatları tamamilə ödənilir. Sakinlərlə keçirilən hər bir görüşümüzdən sonra qaldırılan məsələlər diqqətdə saxlanılır və onların həlli istiqamətində əməli işlər görülür. Bu günkü görüşdə də sizə verilən imkandan istifadə etməklə təklif və arzularınızı bildirməyi xahiş edirəm.” Görüşdə sakinlərdən İlham Löymanov, Məsmə Cəfərova, Hüseyn Rüstəmov, Süleyman Abdullayev, Müşfiq Ağamirzəyev, Rəna Həsənova və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Görülən müsbət işlərlə yanaşı nöqsanların da olduğunu dilə gətirdilər. Xüsusən yaşadıqları binaların zirzəmilərinin bərbad halda olması, ağacların vaxtlı-vaxtında budanmaması, yarpaqların binaların üstündəki su borularını tutması nəticəsində mənzillərə su damması, binaların arxasındakı ağacların mənzillərə ziyan vurması, xeyir-şər mağarlarının təmirinə ehtiyac duyulması, istilik sisteminin olmaması kimi məsələlər qaldırıldı. Eyni zamanda şəxsi müraciətlər də, əsasən işsizlik və mənzilin olmaması məsələləri diqqətə çatdırıldı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin müraciətlərini diqqətlə dinlədikdən sonra görüşdə iştirak edən şəhər İcra Hakimiyyətinin məsul işçilərinə, idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, hər bir məsələyə həsasslıqla yanaşılaraq nəzarətə götürüləcək və qısa müddətdə öz həllini tapacaqdır.

Keçidlər