Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü dekabr ayının 5-də keçirildi

06 dekabr 2024 | 14:47

Aztelekom MMC-nin Mingəçevir filialının binasının foyesində keçirilən görüşdə əraziyə yaxın olan küçələrdəki yaşayış binalarının və fərdi evlərin sakinləri, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari il ərzində şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq və tikinti işlərinin bu soyuq qış ərəfəsində də sürətlə davam etdirildiyini bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən hər bir quruculuq işinin Mingəçevirin gözəlləşməsi ilə yanaşı vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını qeyd edib. Kommunal xidmət sahələrində infrastruktur layihələrinin uğurla başa çatdığını, bunun davamı olaraq kanalizasiya sisteminin yenidənqurulması istiqamətində işlərin 84 faizinin başa çatdırıldığını deyən şəhər rəhbəri gələcək illərdə də yaşayış binalarının əsaslı təmiri, nümunəvi məhəllələrin yaradılması, idman meydanlarının hazırlanması, işıq nöqtələrinin artırılması, asfaltlanma işlərinin davam etdiriləcəyini diqqətə çatdırıb. Yeni iş yerlərinin yaradılması məsələsinin xüsusilə diqqət mərkəzində olduğu, hazırda davam edən tikinti işləri sayəsində yeni iş yerlərinin açılacağını da bildirib.

Çıxış edən sakinlər şəhərdə aparılan təmir-bərpa işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, problemlərdən bəhs ediblər. Bəzi binaların dam örtüyünün yenidən qurulması zamanı yol verilən nöqsanlar səbəbindən yağışlı günlərdə evlərə suyun damması, oturacaq və kölgəliyin olmaması, mənzilə aid olan telefonun kəsilməsi, uşaqlar üçün oyun meydanının, idman qurğularının olmaması, köhnə kanalizasiya xətlərinin çürüməsi üzündən çirkab suların zirzəmilərə tökülmısi və antisanitar vəziyyətin yaranması diqqətə çatdırılıb. Qaldırılan probemlərlə bağlı əlaqədar qurumların rəhbərlərinin məlumatları dinlənilib.

İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərin həlli ilə bağlı sakinlərə bir daha açıqlama verərək, şəhərimizdə sosial-iqtisadi inkişaf Proqramının mərhələ-mərhələ davam etdirildiyini bildiriərək əlavə edib ki, sözügedən bir çox ərazilərdə əvvəlcə kanalizasiya sistemi yenidən qurulacaq, sonra isə məhəllələrə, binaların qarşısına oturacaqlar, kölgəliklər qoyulacaq, uşaqların və gənclərin fiziki sağlamlığı üçün idman qurğuları quraşdırılacaq, işıqlanma nöqtələri qoyulacaq, asfatlanma işləri aparılacaqdır. Diqqətə çatdırdığınız problemlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərləri baxış keçirəcək, ən qısa zamanda həllinə nail olunacaqdır.

Keçidlər