Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü avqust ayının 1-də keçirilib

02 avqust 2024 | 12:39

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə şəhər ərazisində yerləşən M.Maqomayev küçəsindəki 52 saylı binanın qarşısında səyyar qəbul keçirib.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin bütün regionlarında o cümlədən Mingəçevirdə həyata keçirilən tikinti-quruculuq işləri haqqında məlumat verdi. Şəhər rəhbəri eyni zamanda vətəndaşların məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə sahibkar layihələrinə dəstək göstərildiyini də qeyd etdi. İcra başçısı səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmiri, istilik sisteminin bərpası, məhəllələrdə uşaq-əyləncə qurğularının quraşdırılması, işlə təmin olunma və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərdə qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər