Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü aprel ayının 13-də keçirildi.

13 aprel 2023 | 15:54

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ictimaiyyət nümayəndələri, mətbuat işçiləri ilə birgə növbəti səyyar görüş keçirib. Səyyar qəbul Ü.Hacıbəyov adına 1 saylı musiqi məktəbinin akt zalında oldu. N.Nərimanov, S.Vurğun, M.Ə.Sabir, M.Maqomayev, A.Şaiq, Naxçıvan küçələrinin sakinləri ilə görüşdə 60 nəfər iştirak edirdi.

Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək görüşdə iştirak edən sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində xüsusən Qarabağ bölgəsində aparılan böyük quruculuq işlərindən və həmin işlərin fonunda Mingəçevir şəhərində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.

Sonra görüşdə iştirak edən vətəndaşlar çıxış edərək mingəçevirlilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Sakinlər bəzi ərazilərdə yaşıllıq sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına, kanalizasiya sisteminin yenidən qurulmasına, yaşayış binalarının təmir olunmasına, işsizliyin aradan qaldırılmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər. Qəbul zamanı 7 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.

Keçidlər