Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 26 avqust 2022-ci il tarixində oldu

29 avqust 2022 | 12:10

Aşıq Qurbani küçəsində aparılan abadlıq-quruculuq işləri buranı müasir tələblərə cavab verən istirahət məskəninə çevirib. Əvvəllər kol-kosdan, zibil tullantılarından, antisanitariya vəziyyətindən tərpənmək mümkün olmayan ərazi indi səliqə sahmana salınmış istirahət məskəni kimi sakinlərin və bura gələn insanların zövqünü oxşayır. Yaşıllaşdırma və sanitar təmizlik idarəsi işçilərinin zəhməti ilə ərsəyə gətirilən istirahət məskəni həm də maraqlı, yaddaqalan tədbirlərin keçirilməsi mərkəzi kimi tanınır. Burada uşaqların və gənclərin əylənməsi və istirahətlərinin təşkili məqsədi ilə idman qurğuları, futbol, basketbol meydançaları yaradılıb, ətrafa oturacaqlar, söhbətgahlar qoyulub, ağacalr budanıb, dibləri belənib ağardılıb, suvarılıb, göz oxşayan yaşıllıqlar salınıb. Bütün bunlar əlbəttə ki, sakinlərin razılığı ilə qarşılanır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun avqustun 26-da Aşıq Qurbani küçəsindəki mənzillərdə məckunlaşan sakinlərlə keçirdiyi növbəti səyyar görüş diqqət mərkəzində idi. Görüşdə millət vəkili Aydın Mirzəzadə də iştirak edirdi. İcra başçısı sakinləri salamladıqdan sonra ölkədə və şəhərimizdə həyata keçirilən tədbrilər haqqında məlumat verdi. Sakinləri Laçın rayonunun və ona bitişik olan Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması münasibəti ilə təbrik etdi. Yaxın vaxtlarda Laçınlıların öz dədə-baba torpaqlarına qayıdacaqlarını vurğuladı. Eyni zamanda Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, Mingəçevirdə iş ahəngi durmadan davam edir. Sonra sakinlər sərbəst mikrafondan istifadə edərək fikirlərini bölüşdülər. Şəhid ailəsi İranə Həsənova, Ramiz Səlimov, Raziyə Salmanova, Qürbət Məmmədov, Tural Əliyev və başqaları əvvəlcə onlara göstərilən diqqət və qayğıya, ərazidə yaradılan səliqə sahmana görə ölkə başçısı İlham Əliyevə, sonra şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda bəzi məsələlərə toxundular. Ərazidə işıqlanmanın zəifliyini, şəhid ailələri və qazilərin mənzillə təminatına, işlə təminatına ehtiyac duyulduğunu xatırlatdılar. Görüşdə iştirak edən millət vəkili Aydın Mirzəzadə çıxış edərək maraqlı fikirlərlə sakinlərə müraciət etdi. Bu gözəlliyi qoruyub saxlamağı onlara tövsiyə etdi. Vaxtilə ata-anası yaşayan, ömrünün uşaqlıq illərini burada keçirən millət vəkili Aşıq Qurbani küçəsinin abadılaşdırılmasında xüsusi əməyi olan hər kəsə, xüsusilə şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi. Belə səyyari görüşlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Keçirilən görüşlərdə şəhər rəhbəri ilə birgə iştirak edəcəyini vurğuladı. Görüşə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xoş və səmimi sözlərə görə sakinlərə və millət vəkilinə minnətdarlığını bildirdi. Eyni zamanda qaldırılan məsələlərə toxundu, aidiyyəti orqanlara konktet tapşırıqlarını verdi.

Keçidlər