Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 22 iyul tarixində keçirildi

22 iyul 2022 | 15:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü energetiklər qəsəbəindəki Yadigar Mənsurov küçəsi 1 nömrəli yaşayış binasının ərazisindəki binaların sakinləri ilə oldu. Qeyd etmək yerinə düşər ki, sakinlərin yaşadıqları ərazi abadlaşmış, insanların istirahəti üçün şərait yaradılmışdır. Burada oturacalar, söhbətgahlar qoyulmuş, ağacların dibləri bellənmiş və gövdələri ağardılmışdır. O cümlədən suvarılma işləri yerinə yetirilmişdir. Lakin ərazidə görüləsi işlər də diqqət cəlb edirdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra cənab prezident İlham Əliyevin tapşırığına müvafiq olaraq sakinlərlə səyyar görüşlərin keçirilməsinin vacibliyini vürğuladı və bu günkü görüşə şəhər İcra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin gəldiyni bildirdi. Hər bir sakinin öz fikrini açıq ifadə etməsini xahiş etdi. Görüşdə sakinlərdən İlqar Quliyev, Elçin Əliyev, Cabir Hasilov, Samirə Bayramova, Nadirə Hüseynova, Bənövşə Muradova, Məlahət Alıyeva, Xəqani Muradov, Tahir Nəsibov, Zamir Əliyev, Ülviyyə Sadıqova, Gülər İbrahimova və başqaları çıxış edərək onları narahat edən məsələlər barəsində fikirlərini söylədilər. Bu sakinlərin böyük əksəriyyəti Fazil Əzimov, Yadigar Mənsurov, Abdula Şaiq, Naxçıvan, Kənar küçələrin sakinlıri idilər. Onları narahat edən başlıca məsələlər yaşadıqları binaların əksəriyyətinin fasad hissələrinin və girişlərinin əsaslı təmirə ehtiyacı olması, işsizliyin mövcudluğu və bir çox şəxsi məsələlər idi. Məsələn, Nadirə Hüseynova oğlunun əməliyyatdan sonra müalicə olunmasına kömək edilməsini, Məlahət Alıyeva oğluna iş verilməsini, Zamir Əliyev bir sıra çətinliklər ucbatından təcili yardımın yaşadıqları əraziyə vaxtında gəlməməsindən narazılırq edirdilər. Ülviyyə Sadıqova isə qaynatasının ikinci qrup əlil kimi eşitmə aparatınlı ala bilməməsini diqqətə çatdırdı. Bütün bu və digər məsələlər ətrafında açıq söhbət getdi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlarını verdi, sakinlərlə birgə məsələnin həlli yollarını araşdırıb real nəticə əldə etmələrini tapşırdı. Hər bir sakin ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və şəhər icra hakimiyyətinə təşəkkürlərini bildirdilər.

Keçidlər