Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 18 noyabr 2022-ci ildə keçirildi.

18 noyabr 2022 | 13:41

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 18 noyabr 2022-ci ildə 4 nömrəli tam orta məktəbin akt zalında oldu. Görüşdə energetiklər yaşayış massivində yaşayan, eyni zamanda şəhərin müxtəlif küçələrindən gələn sakinlər iştirak edirdilər. Sakinləri, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərlərini, şəhər İcra Hakimiyyətinin əməkdaşlarını, ictimaiyyət nümayəndələrini, mətbuat işçilərini salamlayan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilən bu görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən problem və çətinliklərin öyrənilərək həllinə nail olunmasını bildirdi. Ölkəmizin bütün regionlarnda, o cümlədən azad olunan ərazilərdə həyata keçirilən abadlıq, tkinti-quruculuq işlərinin vətəndaşların rifah halının yaxşılaşması naminə aparıldığını bildirdi. Mingəçevir şəhərində həyata keçirilən işlər çərçivəsində kommunal sahələrdə reallaşan işlər, yolların asfaltlanması, işıqlanma sisteminin yenilənməsi, park və istirahət mərkəzlərinin salınması, kanalizasiya sisteminin yenilənməsi, yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsi, məhəllərlərdə əsaslı təmir işlərinin aparılması, nümunəvi məhəllələrin, uşaq meydançalarının yaradılması və bu kimi digər işlər diqqətə çəkildi. Sakinlərdən Murad Əhmədov, Elgiz Xudiyev, Əbülfət Babayev, Real Əliyev, Məhəbbət Şirəliyev və Ağdam rayonundan keçmiş məcburi köçkün Ələmdar Hüseynov, dövlət başçısının rəhbərliyi ilə görülən işlərdən, şəhərimizin gözəlləşməsindən razılıq hisslərini bildirdilər. İşsizlik, yaşayış binalarında istilik sisteminin olmaması, binaların əsaslı təmirə ehtiyacı olduğu, Naxçıvan döngəsində dayanacağın olmaması, asfalt örtüyündə bərbad vəziyyət və s. problemlər nəzərə çatdırıldı. Vətəndaşları diqqətlə dinləyən şəhər rəhbəri qaldırılan problemlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlarını verərək hər bir problemin həllinin diqqətdə saxlandığını bildirdi.

Keçidlər