Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə nöbəti səyyar görüşü sentyabr ayının 9-da Sağ sahil yaşayış massivində keçirildi.

12 sentyabr 2022 | 12:25

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü sentyabr ayının 9-da Sağ sahil yaşayış massivindəki Mikayıl Müşfiq küçəsinin 11/19 yaşayış binası ərazisində yaşayan sakinlərlə oldu. Görüşə Koroğlu, Təbriz və digər yaxın küçələrdə yaşayan sakinlər də gəlmişdilər. Görüşü giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə və şəhərimizdə aparılan abadlıq quruculuq işləri haqqında məlumat verdi. Qeyd etdi ki: “sakinlərlə keçirilən səyyar görüşlərdən sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına əlavələr edilir, insanların arzu və istəyinə uyğun işlər həyata keçirilir. Ölkə rəhbəri İlham Əliyevin tapşırığına müvafiq olaraq hər həftə keçirilən belə səyyar görüşlər şəhərin inkişafına, tərəqqisinə öz təsirini göstərir. Odur ki, bu günkü görüşdə sizin ixtiyarınıza verilən sərbəst mikrafondan istifadə edərək qarşılaşdığınız problemlərdən, təklif və fikirlərinizdən irəli gələn məsələləri qaldıra bilərsiniz.” Görüşdə sakinlərdən Göyçək Bayramova, Ballı Məmmədova, Durna Rüstəmova, Zöhranə Əliyeva, Aslan Alıyev, Natiq Məmmədov və başqaları çıxış edərək belə səyyar görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar, rastlaşdıqları çətinliklərin aradan qaldırılması haqqında xahiş və təkliflərini bildirdilər. Qeyd olundu ki, bu yaşayış məhəlləsindəki binaların əksəriyyəti əsaslı təmir olunmalı, dəhlizlər müasir tələblərə uyğun qurulmalı, binaların zirzəmiləri qaydaya salınmaqla vaxtlı-vaxtında dezinfeksiya olunmalıdır. Məhəllənin işıqlandırılması, ağacların suvarılnması üçün su xətlərinin çəkilməsi vacib işlərdəndir. İstilik sisteminin qaydaya salınması isə sakinlərin ən çox arzuladığı məsələlərdir. Məhəllədə sahibsiz itlərin çoxalması insanların gediş gəlişinə mane olur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyilənləri diqqətlə dinləyərək görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə, eləcə də İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə konkret tapşırıqlarını verdi. Məsələnin yerndəcə həll olunmasını tapşırdı. Yekun olaraq sakinləri əmin etdi ki, qaldırılan bütün məsələlər nəzarətə götürülməklə mərhələ-mərhələ öz həllini tapacaq. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə nöbəti səyyar görüşü sentyabr ayının 9-da Sağ sahil yaşayış massivində keçirildi.

Keçidlər