Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə 2026-cı ilin ilk səyyar görüşü yanvar ayının 8-də keçirilib.

09 yanvar 2026 | 10:40

17 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, bələdiyyə sədri, şəhərin müxtəlif ərazilərindən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan şəhər rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Ölkə başçısının imzaladığı fərman və sərəncamlara uyğun olaraq ötən il Mingəçevirdə həyata keçirilən quruculuq işlərinin uğurla yekunlaşdığından bəhs edib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu il də yeni layihələrin icra olunacağı qeyd olunub. Bildirilib ki, əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması, problemlərinin həllinə nail olmaq, fikir və təklifləri nəzərə almaqdır. İlham İsmayılov dövlət başçısının iştirakı ilə ötən il 8 Noyabr Elektrik Stansiyasının istismara verilməsindən söz açıb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mingəçevirdə müasir layihələrin icra olunacağını vurğulayıb.

Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Əsasən sosial problemlər barədə məlumatlar verilib. Bəzi ərazilərdə kanalizasiyanın çəkilişindən sonra asfalt örtüyündə yaranan bərbad vəziyyət, işıqlanmanın zəifliyi, ağacların budanması, işsizlik, fərdi mənzilin sənədləşdirilməsi, su novlarının təmizlənməsi, sosial müavinət və digər məsələlər barədə müraciətlər edilib.

Diqqətə çatdırılan problemlər barəsində aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlar verən İlham İsmayılov eyni zamanda qeyd edi ki, İcra Hakimiyyətində tərtib olunan tədbirlər planına əsasən bu il də ayrı-ayrı ərazilərdə abadlıq-quruculuq və təmir-bərpa işləri aparılacaqdır.

Keçidlər