Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü yanvar ayının 16-da keçirildi.

17 yanvar 2024 | 14:48

Aztelekomun Mingəçevir şəhərindəki inzibati binasının foyesində keçirilən görüşdə İcra aparatının məsul işçiləri, əraziyə yaxın olan küçələrdəki yaşayş binalarının sakinləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, Mingəçevir Bələdiyyəsinin sədri və üzvləri, idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir bölgəsində və şəhərimizdə həyata keçirilən tikinti-quruculuq işlərindən söhbət açdı. Bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Milli Ordumuzun rəşadəti sayəsində ötən il respublikamızın ərazi bütövlüyü tam bərpa olunmuş, keçmiş qaçqın və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması prosesi sürətlənmişdir. Şəhər rəhbəri qeyd etdi ki, bu il qarşımızda geniş, mürəkkəb vəzifələr durur. Bu çərçivədə 6 məhəllə abadlaşdırılacaq, 55 küçədə işıqlandırma işləri bərpa olunacaq, eyni zamanda digər quruculuq işləri həyata keçiriləcəkdir. Həmçinin işsizliyin aradan qaldırılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin reallaşması nəzərdə tutulur. Şəhər rəhbəri vətəndaşlarla mütəmadi olaraq keçirilən səyyar görüşlərin xüsusi əhəmiyyətini vurğuladı.

Görüşdə iştirak edən sakinlər çıxış edərək həyata keçirilən təmir-tikinti işlərindən razılıqlarını ifadə etməklə yanaşı qarşılaşdıqları problemlərdən bəhs etdilər. Kanalizasiya sisteminin çəkilişi zamanı yaranan çətinliklər, binaların zirzəmilərində çirkab su yığıntısının antisanitar vəziyyət yaratması, ağacların budanması, bəzi yerlərdə işıqlanma sisteminin zəif olması, dalan yolların asfaltlanmasına ehtiyac duyulması barədə müraciətlər edildi.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərin qaldırdıqları problemlərə münasibət bildirməklə yanaşı müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinə, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarına tapşırıqlarını verdi.

Keçidlər