Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü sentyabrın 25-də Ü.Hacıbəyov adına 11 illik musiqi məktəbinin akt zalında keçirilib.

26 sentyabr 2025 | 10:21

Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin; idarə və müəssisələrin rəhbərləri, müxtəlif küçələrdən gələn sakinıər, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezinenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevirdə də vətəndaşlarla səyyar görüşlərin keçirildiyini və sakinlərin diqqətə çatdırdlqları problemlərin qısa vaxt ərzində həll olunduğunu bildirib. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq şəhərin sağ və sol sahillərində, energetiklər yaşayış massivində vətəndaşların rifah halının yaxşılaşdlrılması, asudə vaxtının səmərəli keçməsi üçün ardıcıl olaraq layihələrin həyata keçirildiyini qeyd edib. Şəhər rəhbəri yeni iş yerlərinin yaradılmasının da diqqət mərkəzində olduğundan bəhs edib. Çıxış edən sakinlər həyata keçirilən abadlıq işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Bəzi binaların qarşısında oturacaqların olmaması, kanalizasiya sahəsində olan nasazlıq, məhəllələrdə işıqlanmanın zəifliyi, ağacların suvarilmaması, işsizlik barədə müraciətlər edilib. Sakinlərin müraciətlərini dinləyən İlham İsmayılov aidiyyəti müəssisələrin rəhbərlərinə vətəndaşın iştirakl ilə ərazilərdə olmağı, problemin həlli barədə məlumat verməyi tapşlrıb. Qeyd edib ki, Mingəçevirin gözəlləşməsi və yeni layihələrin icra olunması istiqamətində işlər davam etdiriləcəkdir. Hər birimizin vəzifəsi yaradılan gözəlliyi qorumaqdır. Sonda İcra başçısı məlumat verib ki, sentyabrın 26-da Mingəçevir-Gəncə-Ağstafa qatarının ilk reysi açılacaqdır ki, bu da ölkə Prezidentinin regionlara göstərdiyi diqqət və qayğının təzahürüdür.

Keçidlər