Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 25-də 12 nömrəli tam orta məktəbin akt zalında keçirildi

25 noyabr 2022 | 14:32

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 25-də 12 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Görüşə əsasən 20 Yanvar küçəsindəki yaşayış binalarında yaşayan sakinlər dəvətli idilər. Lakin buna baxmayaraq görüşdə şəhərin digər yaşayış binalarında yaşayan sakinlər də gəlmişdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkədə və şəhərimizdə baş verən yeniliklər haqqında qısa məlumat verdi. Bildirdi ki : ”Hazırda ölkəmizin hər yerində, xüsusən iğaldan azad olunmuş topraqlarımızda abadlıq quruculuq işləri sürətlə davam edir, yeni layihələr həyata keçirilir. Bu torpaqlarda məskunlaşmış sakinlər artıq öz dədə-baba yurdlarına qaytarılırlar. Bu gün cənab prezidentin tapşırığına uyğun olaraq Mingəçevirdə də bir sıra mühüm işlər həyata keçirilir. Ən əsası isə insanları narahat edən su, kanalizasiya, qaz xətləri yenilənir, sakinlərin istifadəsinə verilir. Uzun illər yer altından keçən qaz xətləri də üst hissəyə çıxarılır və insanların təklif və arzularına uyğun olaraq müasir formaya salınır. Bu gün Mingəçevirdə işsizliyin aradan qaldırılması məqsədi ilə də əlavə tədbirlər həyata keçirilir. Keçmiş regenerat zavodunun ərazisində 3 müəssisənin istifadəyə verilməsi məqsədi ilə hazırlıq işləri görülür. Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə 5 məhəllədə, şəhər Bələdiyyəsinin xətti ilə isə 3 məhəllədə nümunəvi yaşayış sahəsi yaradılır. Beləliklə, şəhərdə ardıcıl olaraq aparılan işlər nəticəsində bütün ərazilərdə insanların məmnunluq hissini artırmaq üçün əməli işlər həyata keçiriləcəkdir. Bu günkü görüşümüzün məqsədi isə sizin təklif və problemlərinizi dinləmək və onların əsasında əlavə tədbirlər həyata keçirməkdir. Odur ki, zalda qoyulmiş sərbəst mikrafondan istifadə etməklə öz fikir və problemlərinizi söyləməyi xahiş edirəm.” Görüşdə sakinlərdən Məhəmməd Qocayev, İslam Məmmədov, Şirəli Qasımov, Əhməd Əhmədov, Anar Muradov və başqaları çıxış edərək maraqlı təkliflər söylədilər və eyni zamanda qarşılaşdıqları çətinlikər haqqında məlumat verdilər. Qeyd etdilər ki, şəhərimiz gündən günə gözəlləşir, yenilənir, müasir formaya salınır. Bu, əlbəttə, bizi sevindirir. Lakin eyni zamanda öz həlini gözləyən bəzi problemlər var. Məsələn, 5 nömrəli marşrut xətti normal qaydada işləmir, ərazidəki tikintisi yarımçıq qalmış bağçada su xətti açıq qalıb diqqət yetirən yoxdur, ağaclar müntəzəm suvarılmadığından və qayğı göstərilmədiyindən quruyur, ərazidə yaşlı adamların istirahəti üçün kifayət qədər oturacaqlar yoxdur. Bəzi məhəllələrdə işıqlanma sistemi zəifdir. İstilik sistemi demək olar ki, tamamilə yoxdur Şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan müxtəlif məsələlər barəsində öz fikirlərini bildirməklə konktet faktlar üzərində dayandı. Görüşdə iştirak edən şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxslərinə idarə və müəssisə rəhbərlərinə məsələlərin həlli istiqamıtində konkret tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, qaldırılan hər bir məsələ ciddi nəzarətə görtürülməklə vaxtında həllini tapacaqdır.

Keçidlər