Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü noyabr ayının 16-da keçirildi

16 noyabr 2023 | 12:22

Mingəçevir kəndi yaşayış massivində keçirilən görüşdə İcra aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, yaşayış massivinin sakinləri, mətbuat işçiləri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və şəhərimizdə həyata keçirilən quruculuq işləri haqqında məlumat verdi. Xüsusilə Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işləri və bu bölgəyə keçmiş məcburi köçkünlərin qayıdışından danışdı. Qeyd etdi ki, şəhərimizdə çoxmənzilli binaların əsaslı təmir işləri davam edir, məhəllələr abadlaşır, nümunəvi məhəllələr yaradılır. Sakinlərin istirahəti üçün oturacaqlar və kölgəliklər yaradılır, uşaqlar və gənclər üçün idman qurğuları quraşdırılır, işıqlanma sistemi yenilənir, park və istirahət məskənləri yaradılır, yaşıllıq zolağı genişlənir. Bütün bu işlər dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı əsasında həyata keçirilir.

Çıxış edən sakinlər şəhərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə ölkə Prezidentinə və şəhər icra hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər. Sakinlər yaşayış massivində kanalizasiya sisteminin çəkilməsi zamanı yaranan çatışmazlıqların, asfaltlanmanın vacibliyi, işıqların tez-tez sönməsi, bəzi ərazilərdə qaz çəkilişinin həyata keçirilməsinə ehtiyac duyulması, məktəb yolunun bərbad halda olması və başqa problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq qaldırılan məsələlərə münasibətini bildirdi və iştirak edən əlaqədar təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər