Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyun ayının 16-da keçirildi.
16 iyun 2023 | 15:14
Fazil Əzimov küçəsindəki 7 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə İcra aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ərazidə yaşayan sakinlər, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev iştirak edirdilər. Naxçıvan, A.Şaiq, Y.Mansurov və F.Əzimov küçələrinin sakinləri ilə görüşdə 63 nəfər iştirak edirdi.
Qəbul zamanı 9 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli, o cümlədən çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmiri, işıqlanmanın zəifliyi, kanalizasiya xətlərinin yenilənməsi, avtomobillərin hərəkətinin nizamlanması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.