Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü dekabr ayının 7-də keçirildi.

08 dekabr 2023 | 17:32

9 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə icra aparatının məsul işçiləri, polis şöbəsinin rəisi Ədalət Əliyev, eyni zamanda Xəzər Əliyev, Sabir, R.Rza və yaxın ərazilərdə yaşayan sakinlərlə yanaşı şəhərin digər ərazilərinin sakinləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan şəhər rəhbəri iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində və şəhərimizdə həyata keçirilən quruculuq işlərindən söhbət açdı. Qeyd etdi ki, hazırda ölkəmizin bütün regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Bu bizdə də böyük ruh yüksəkliyi yaradır və hazırda şəhərimizin bir çox ərazilərində yenidənqurma işləri uğurla davam etdirilir. Sizinlə keçirilən görüş bu işlərin davamlı şəkildə aparılmasına əməli kömək göstərir. Odur ki, sizi sərbəst mikrafondan istifadə etməklə fikir və arzularınızı söyləmyə dəvət edirəm. Görüşdə çıxış edən sakinlər şəhərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda qarşılaşdıqları problemlərə toxundular. Şəhərdə sahibsiz itlərin çoxluğu, istilik sisteminin olmaması, kanalizasiya sistemlərinin tam qaydaya düşmədiyi səbəbindən zirzəmilərdə antisanitariya vəziyyətinin olması, bəzi ərazilərdə ağacların budanmaması, oturacaq və kölgəliklərin azlığı diqqətə çatdırıldı. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri diqqətlə dinləyərək qaldırılan məsələlərə münasibətini bildirdi, müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verdi. Sakinləri əmin etdi ki, bu məsələlər yaxın vaxtlarda öz həllini tapacaq.

Keçidlər