Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü dekabr ayının 21-də keçirildi.

22 dekabr 2023 | 15:10

16 nömrəli tam orta məktəbdə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, məktəbə yaxın ərazilərdəki binaların sakinləri, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verərək bildirdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tikinti işlərinin sahəsi genişlənir. Mingəçevir gözəlləşir, küçə və məhəllələri abadlaşır, yeni istirahət məskənləri və parklar yaradılır, sakinlərin istirahətinin gözəl keçməsi üçün hər cür şərait yaradılır. Uşaq və gənclər üçün idman meydançaları quraşdırılır, işıqlanma sistemi yenilənir, kanalizasiya sisteminin yenidən qurulmasının çox hissəsi başa çatıb. Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini söyləyən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.

Daha sonra sakinlər tərəfindən xeyir-şər mağarlarının təmiri, məhəllələrin asfaltlanması və uşaq-əyləncə qurğularının quraşdırılması, işlə təmin olunma və digər qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb, əlaqədar qurum və təşkilat rəhbərlərinə məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.

Keçidlər