Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü avqust ayının 24-də keçirildi.

24 avqust 2023 | 15:25

H.Əliyev prospektindəki 72 nömrəli yaşayış binasının qarşısında keçirilən görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, H.Əliyev, N.Nərimanov, və Ş.İ.Xətai küçəsinin sakinləri iştirak edirdilər. Sakinləri salamlayan şəhər rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Keçirilən istər səyyar qəbullarda, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra sakinlərin təklifləri, istəkləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən, həyətlərin abadlaşdırılması, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, səhiyyə sahəsindəki nöqsanlar, istilik sisteminin olmaması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi və s. məsələlərlə bağlı olmuşdur. Səyyar görüşdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilmişdir.

Sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Mingəçevir şəhərində aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək ölkə rəhbərliyinə minnətdarlıq etmişlər.

Keçidlər