Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü aprelin 25-də şəhər Rəsm Qalereyasında oldu.

26 aprel 2023 | 16:17

Görüşdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. H.Əliyev, 20 Yanvar, M.P.Vaqif küçələrinin sakinləri ilə görüşdə 60 nəfər iştirak edirdi. İlham İsmayılov əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Mingəçevir şəhərində görülən işlər barədə sakinlərə məlumat verib. İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Şəhərdə keçirilən istər səyyar, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır. Qəbul zamanı 8 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri mövcud problemlərin həlli, kanalizasiya sisteminin bərpası, sakinlərin istirahəti üçün oturacaqların olmaması, istilik sisteminin hələ də çəkilməməsi, ağac budanmasının vaxtlı-vaxtında aparılmaması, küçə ticarətindəki özbaşınalıqlar və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıqlarını verdi.

Keçidlər