Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 31 iyul tarixində keçirilib
31 iyul 2026 | 17:11
11 saylı tam orta məktəbin akt zalında keçirilən vətəndaş qəbulunda ŞİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, mətbuat işçiləri və sakinlər iştirak ediblər.
Görüşü açan şəhər rəhbəri çıxış edərək şəhər ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşların müraciəti yaşadıqları ərazilərdə yaşıllıqların suvarılması üçün xətt çəkilməsi, abad məhəllənin salınması, çoxmənzilli yaşayış binalarının təmiri və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.