Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 07 sentyabr 2023-cü ildə keçirildi.

07 sentyabr 2023 | 12:11

Füzuli küçəsindəki 5/2 nömrəli yaşayış binasının sakinlərinin xahişi ilə keçirilən görüşdə millət vəkili Aydın Mirzəzadə, şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri və nümayəndələri iştirak edirdilər. N.Rəfibəyli, M.Füzuli, İslamzadə küçələrinin sakinləri ilə görüşdə 60 nəfər iştirak edirdi.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və şəhərimizdə həyata keçirilən tikinti quruculuq işləri haqqında məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğaldan sonra azad olunan Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işlərindən danışaraq möhtəşəm layihələrin uğurla davam etdirildiyini bildirdi. Keçmiş məcburi köçkünlərin doğma ata yurduna qayıtması, həmin ərazilərdə həyatın yenidən bərpa olunması üçün lazım olan bütün tədbirlərin görülməsi dövlətimizin başçısının diqqət yönəltdiyi əsas fəaliyyət istiqamətlərindən biri olduğunu açıqladı. Mingəçevir şəhərində son illər həyata keçirilən quruculuq işləri barədə hesabat verdi.

Görüşdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ölkəmizdə və şəhərimizdə həyata keçirilən quruculuq işlərini təqdir etməklə dövlətimizin inkişafı və qüdrətlənməsi naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşan işlərdən bəhs etdi.

Qəbul zamanı 7 sakinin problem və təkliflərini dinləyən şəhər rəhbəri sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Vətəndaşların müraciətləri əsasən ağacların budanması, binaların dam örtüyündə yaranan problemlər, çoxmənzilli yaşayış binalarında istilik sisteminin bərpası, sahibsiz itlərin zərərsizləşdirilməsi, yollara yol hərəkət nişanlarının qoyulması, kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, Sahil parkında axşam saatlarında yaranan səs-küyün sakinləri narahat etməsi və digər məsələlərlə bağlı olmuşdur. Çıxış edən sakinlər göstərilən diqqət və qayğıya, şəhərimizdəki yenidənqurma işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə etdilər.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər