Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni tədris ilində birinci sinfə gedəcək şəhid övladları ilə görüşüb

12 sentyabr 2025 | 19:15

Sentyabrın 12-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2025-2026- cı tədris ilində birinci sinfə gedəcək 44 günlük Vətən müharibəsi şəhidləri Nahid İbrahimzadənin oğlu Həsən İbrahimzadə və Oruc Nəcəflinin qızı Rövşanə Nəcəfli iıə görüşərək onları təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə şəhid ailələrinə, qazilərə, onların övladlarına göstərilən diqqət və qayğıdan bəhs edib. Torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəmanlarımızın tariximizin şərəfli səhifəsinin yazılmasında misilsiz xidmətləri olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il olduğu kimi bu il də məktəbli şəhid övladlarına, həmçinin YAŞAT Fondu tərəfindən bu uşaqlara dəstək göstərildiyini diqqətə çatdıran şəhər rəhbəri uşaqlara xoş arzularını çatdırıb, təhsildə uğurlar arzulayıb. Vətənin ləyaqətli övladı olmaq üçün, uğurlu gələcək üçün yaxşı oxumağı tövsiyyə edib. Şəhər rəhbəri birincilərə məktəb ləvazimatları, çanta və məktəbli geyimindən ibarət hədiyyələr verib. Hər ikisi birinci sinifdə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbdə təhsil alacaqdır. Şəhid Nahid İbrahimzadənin atası Şahid İbrahimzadə və şəhid Oruc Nəcəflinin həyat yoldaşı Pərvanə Nəcəfli diqqət üçün minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər