Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaralı əsgər Hacıyev Ruzi Dəyanət oğlunun xəstə anasını evində ziyarət edib.

22 sentyabr 2022 | 10:32

Məlum olduğu kimi, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca başlanmış genişmiqyaslı hərbi təxribat törədərək müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri və təlimat yolları arasında minalar düzüb, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab verib. Bu döyüşlərdə yaralanan əsgərlərimizdən biri mingəçevirli Hacıyev Ruzi Dəyanət oğludur. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yaralı əsgər Hacıyev Ruzi Dəyanət oğlunun xəstə anasını evində ziyarət edib. Ruzinin anası bu ziyarətdən məmnun olduğunu bildirib. İcra başçısı anaya Gəncə hospitalında müalicə olunan mingəçevirli hərbçilərlə görüşdüyünü söyləyib. Bildirib ki, sizın övladlarınız qalib ordumuzun layiqli hərbçiləridir: ”Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun uğurları, zəfər yürüşləri düşməni yerində oturdub, nəyə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirib. Əsgər və zabitlərimizin şücaəti, xalqla birgə fəaliyyəti ürəkaçandır. Biz ordumuzla fəxr edir, qürur duyuruq. Sizi əmin edirəm ki, heç bir narahatçılığınıza əsas yoxdur, övladlarınıza hospitalda həkimlər tərəfindən hər cür diqqət və qayğı göstərilir. Sizi ziyarət etməyimizdə məqsədimiz tək iki övlad böyütmüş bir ana kimi dəstəyimizi göstərmək, eyni zamanda Ruzinin salamlarını sizə çatdırmaqdır”. İlham İsmayılov ailənin digər problemləri ilə də maraqlanıb.

Keçidlər