Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri və müharibə əlilləri cəmiyyətlərinin sədrləri ilə görüşdü.

23 dekabr 2025 | 12:07

     Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qarşıdan gələn Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə şəhərdə ictimai təşkilatlarının rəhbərləri ilə görüşmüşdür. İştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib. Qeyd edib ki, dövlət başçısının sərəncamları ilə həyata keçirilən Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də böyük işlər görülmüş və görülməkdədir:” Qarşıdan gələn yeni ildə inanıram ki, şəhərimiz üçün uğurlu il olacaq, burada başladığımız abadlıq və quruculuq işləri davam etdiriləcəkdir”. Başçı ölkəmizdə Qarabağ qaziləri və Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs etmiş, ölkə rəhbərinin tapşırıq və göstərişlərinə müvafiq olaraq bu qəbildən olan insanlara qayğı göstərildiyini bir daha diqqətə çatdırmışdır. Bu baxımdan Mingəçevirdə məskunlaşan Şəhid ailələrinə, Vətən müharibəsində mərdliklə vuruşaraq qazi olmuş sakinlərə hər an qayğı göstərildiyini bildirmişdir. Yeni il bayramı ərəfəsində şəhər İcra Hakimiyyətinin xətti ilə Şəhid ailələrinə və müharibə əlillərinə dəstək olunduğunu da xatırlatmışdır. Cəmiyyət sədrlərinə bildirilmişdir ki, onların Yeni il bayramlarını təbrik etmək üçün şəhər İcra Hakimiyyəti tərəfindən 493 ərzaq bağlaması hazırlanmış və bağlamalar sizin dəstəyinizlə Şəhid ailələrinə və müharibə əlillərinə çatdırılacaqdır. Bayram öncəsi keçirilən görüşdə Şəhid Aillərinə Dəstək İB şəhər şöbəsi İranə Həsənova, Azərbaycan Müharibə veteranları, əlilləri və Şəhid Ailələri İB şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, Qarabağ  Qaziləri İctimai Birliyi şəhər şöbəsi Məxluq Həsənov çıxış edərək, onlar həmişə dövlət qayğısını hiss etdiklərini və buna görə də Prezident İlham Əliyeva, Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Keçidlər