Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin bir çox məhəllələrinə görülən işlərə baxış keçirilmişdir.

05 oktyabr 2023 | 11:39

Xəbər verildiyi kimi, noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 75 ili tamam olur. Bununla əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyətində xüsusi hazırlıq məqsədi ilə tədbirlər planı hazırlanmışdır. Plana müvafiq olaraq şəhərin abadlaşdırılması, səliqə-sahmanın yaradılması xüsusi nəzarətdə saxlanılır. Bu məqsədlə oktyabrın 4-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə şəhərin bir çox məhəllələrinə görülən işlərə baxış keçirilmişdir. İdarə, müəssisə, təşkilat rəhbərlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən baxış Heydər Əliyev prospektindəki 68/1 nömrəli binanın qarşısında həyata keçirilən tədbirlərə baxışla başlanmışdır. Burada sakinlərin istirahəti üçün oturacaqların qoyulması, söhbətgahların yaradılması, idman qurğularının yerləşdirilməsi, futbol, voleybol, basketbol oyunları üçün meydançanın hazırlanması işlərinə start verilmişdir. Bununla yanaşı, ərazi nümunəvi qaydaya salınacaq, binalar, yəni 126-cı məhəlləyə aid olan 20-dən çox bina əsaslı təmir olunacaq. Şəhər rəhbəri layihə eskiz əsasında görüləcək işlərlə tanışlıqdan sonra idarə, müəssisə, təşkilat rəhbərlərinə konkret tapşırıqlar verdi, qısa müddətdə işlərin icra olunmasını tapşırdı. Eyni zamanda sakinlərlə görüşərək onların təklif və arzularını dinlədi, qaldırılan məsələlərin tezliklə həll olunub həyata keçiriləcəyini diqqətə çatdırdı. İcra Hakimiyyətinin başçısı məhəllənin digər yaşayış sahələrində də oldu, qarşıya çıxan nöqsan və çatışmazlıqları vaxtında aradan qaldırılması üçün aparatın məsul şəxslərinə və təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını bildirdi. Həmin gün şəhər rəhbəri 127-ci məhəllədə də oldu, burada yarımçıq qalmış işlərin yerinə yetirilməsi üçün aidiyyəti şöbə rəhbərlərinə tapşırıqlarını verdi.

Keçidlər