Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə 2024-cü ildə ilk səyyar görüşünü yanvar ayının 12-də keçirdi.

15 yanvar 2024 | 12:42

7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə icra aparatının məsul işçiləri, əraziyə yaxın olan yaşayş binalarının sakinləri, polis şöbəsinin rəisi Ədalət Əliyev iştirak ediblər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində və şəhərimizdə həyata keçirilən quruculuq işlərindən söhbət açdı. Qeyd etdi ki, yola saldığımız 2023-cü il respublikamız və şəhərimiz üçün uğurlu illərdən biri olmuşdur. Ötən il respublikamız öz ərazi bütövlüyünü tam təmin etmiş, keçmiş qaçqın və məcburi köçkünlərin bir qismi ata-baba yurdlarına qayıtmışlar. Bu il də bu istiqamətdə işlər həyata keçirilməkdədir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz müstəqil siyasətini davam etdirməkdədir. 2024-cü ildə qarşımızda mürəkkəb vəzifələr durur, bu il 6 məhəllənin abadlaşdırılması, 55 küçədə işıqlandırma işlərinin bərpa olunması işlərini həyata keçirməliyik. Buna müvafiq olaraq işsizliyin aradan qaldırılması, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin reallaşması nəzərdə tutulur. İcra başçısı keçirilən səyyar görüşlərin əhəmiyyətindən bəhs edərək onun bu sahədə təsirinə də toxundu. Görüşdə iştirak edən sakinlər çıxış edərək görülən işlərə qiymət verməklə yanaşı, qarşılaşdıqları çətinliklər haqqında fikirlərini söylədilər. Diqqət əsasən bəzi yerlərdə işıqlanma sisteminin zəif olmasına, yolların nizama salınmasına, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına, içməli su xəttinin təmirinə və başqa məsələlərə yönəldildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə münasibət bildirərək görüşdə iştirak edən müvafiq idarə təşkilat və müəssisə rəhbərlərinə Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarına tapşırıqlarını verdi.

Keçidlər