Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prime Cotton şirkətinin rəhbərliyi ilə görüşüb

12 iyun 2026 | 15:58

    12 iyun 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə Prime Cotton şirkətinin baş icraçı direktoru Tural Əlizadə arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasında qarşılıqlı tanışlıq aparılıb, şirkətin fəaliyyəti, istehsal potensialı və regionun iqtisadi inkişafına verə biləcəyi töhfələr müzakirə olunub. Qeyd edilib ki, Prime Cotton Azərbaycanın pambıqçılıq və tekstil sənayesinin aparıcı şirkətlərindən biridir. Şirkətə məxsus Mingəçevir Tekstil İplik Fabrikləri Qafqazın ən böyük iplik istehsalı müəssisəsi olmaqla regionun sənaye potensialının formalaşmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır. Görüş zamanı Mingəçevirdə sənaye istehsalının daha da genişləndirilməsi məqsədilə yeni investisiya layihələri, o cümlədən yeni iplik istehsalı fabrikinin yaradılması perspektivləri müzakirə olunub. Bildirilib ki, layihənin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, şəhərin iqtisadi inkişafına, ixrac potensialının artırılmasına və qeyri-neft sənayesinin daha da güclənməsinə mühüm töhfə verəcək. Tərəflər gələcək əməkdaşlıq imkanları, investisiya perspektivləri və şəhərin sosial-iqtisadi inkişafına xidmət edə biləcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Həmçinin birgə layihələrin həyata keçirilməsi, sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüş konstruktiv şəraitdə keçib və gələcək əməkdaşlığın inkişafına dair ilkin razılaşmalar əldə olunub.

Keçidlər